Qeyri-neft sektorunda manatla ticarət bahalaşıb

OXUNUB: 993 İQTİSADİYYAT

Ötən il ərzində 1 ABŞ dollarının manata qarşı orta günlük rəsmi məzənnəsi isə 1.7206 manat təşkil edib.

İcmal.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2017-ci il üzrə pul siyasəti icmalında qeyd olunub.

Bildirilir ki, il ərzində ikitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib. Belə ki, manatın qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi 4.1% bahalaşıb. 

Yeni məzənnə rejiminin tətbiqi Mərkəzi Bankın ehtiyatlarının zəruri səviyyədə qorunmasına imkan verir. 29 dekabr 2017-ci il tarixinə Mərkəzi Bankın xarici valyuta ehtiyatları 5.3 mlrd. ABŞ dolları təşkil edib. 

İcmal.Az

RƏYLƏR