Qəza törədən sürücü xəstəxanada öldü - VİDEO

OXUNUB: 993 HADİSƏ

Qəbələdə ölümlə nəticələnən yol qəzası olub.

İcmal.Az ARB TV-yə istinadla xəbər verir ki, mayın 9-da saat 18:00 radələrində Qəbələ rayonunun Mirzəbəyli ərazisində Ağdaş rayon sakini İlqar Əliyev idarə etdiyi "Mitsubishi" markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Habil Məmmədov - Hadisə şahidi: "Saat 6 olardı. Mən iş yerində idim. Səs gələndə çıxıb gördüm ki, qəza olub. Mən gələndə bir yoldaş da maşından düşüb kömək elədi. O, sıxılmış vəziyyətdə qalmışdı. Həkimə zəng elədi digəri, mən də Fövqəladə hallara zəng etdim".

Xəsarət alan sürücü xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

 

İcmal.Az


Videonu izləmək üçün şəklə klikləyin:

Qəza törədən sürücü xəstəxanada öldü

RƏYLƏR