Qəzaya düşən Şəbnəmdən yeni xəbər: "Şok vəziyyətindən..."

OXUNUB: 100 ŞOU-BİZNES
Xəbər verdiyimiz kimi, müğənni Şəbnəm Tovuzlu Bakı-Qazax yolunda ağır avtomobil qəzası keçirib.
 
İcmal.Az-ın axşam.az-a istinadən məlumatına görə,  şok vəziyyətində olan müğənni reanimasiyaya yerləşdirilib.
 
İfaçının prodüseri və sürücüsü də avtomonildə olduğu üçün hazırda xəstəxanadadırlar. 
 
Şəbnəmin telefonuna cavab verən və xalası olduğunu bildirən xanım onun səhhəti ilə bağlı sualları cavablandırıb:
 
"Hazırda xəstəxanadadılar. Həyat yoldaşı Hacı da buradadır. Bütün personalı töküb bura. Həkimlər Şəbnəmi şok vəziyyətindən çıxara biliblər. Vəziyyəti yaxşılığa doğru gedir”.
 
Qeyd edək ki, hadisə bu gecə sənətçi Gəncədən Bakıya qayıdarkən baş verib. Qəflətən qarşılarına çıxan VAZ 07 avtomobili ilə toqquşan Mercedes Viano maşınında müğənnidən əlavə prodüseri və sürücüsü olub.
 
 
İcmal.Az

RƏYLƏR