QHT Agentliyinin rəhbərliyinin Türkiyə Respublikasına rəsmi səfəri başlayıb

OXUNUB: 288 SOSİAL
Bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinin Türkiyənin paytaxtı Ankara şəhərinə rəsmi səfəri başlayıb.
 
Prezident Administrasiyasının məsul əməkdaşı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Agentliyin icraçı direktoru Aygün Əliyeva və Agentliyin department müdiri Elnur Bağırlının təmsil olunduğu nümayəndə heyəti ilk olaraq Azərbaycanın Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovla görüşüblər. Görüşdə Azərbaycan və Türkiyə vətəndaş cəmiyyəti təsisatları arasında birgə əməkdaşlıq məsələləri müzakirə olunub.

Sonra nümayəndə heyəti Türkiyə Respublikasının Vəqflər Baş İdarəsinin rəisi   cənab Burhan Ersoyla görüşüblər. Qonaqları salamlayan Burhan Ersoy Türkiyədə fəaliyyət göstərən vəqflər və onların fəaliyyətindən danışıb. O bildirib ki, Azərbaycanda fəaliyyət göstərən anoloji qurumların Türkiyədə fəaliyyət göstərən vəqflərlə əlaqələrinin qurulması hər iki ölkənin milli maraqlarına xidmət edəcək və müsbət töhvə verəcək. 

Daha sonra Vüsal Quliyev Agentlik haqqında məlumat verərək qurumun gələcək fəaliyyəti, Türkiyə QHT-ləri və vəqfləri ilə mövcud əlaqələrin daha da inkişaf etdirilməsi zərurətini vurğulayıb. O bildirib ki, Türkiyə vəqflərinin təcrübəsinin öyrənilməsi və onlarla əlaqələrin qurulması Azərbaycan QHT-ləri üçün mühüm əhəmiyyət kəsb edir. 

Agentliyin icraçı direktoru Aygün Əliyeva çıxış edərək Agentliyin qarşısında duran hədəfləri və beynəlxalq əlaqələrinin inkişafı barədə məlumat verib. O bildirib ki,  bütün sahələrdə olduğu kimi vətəndaş cəmiyyəti institutları ilə iş sahəsində də qardaş Türkiyənin təcrübənin öyrənilməsi çox vacibdir. 

Qeyd edək ki, 4 gün davam edəcək səfər çərçivəsində digər aidiyyati qurumlarda görüşlərin keçirilməsi planlaşdırılır.

RƏYLƏR