QHT beynəlxalq ictimai dəstək kampaniyasına başlayıb: “QARABAĞ AZƏRBAYCANDIR!”

OXUNUB: 912 QHT
Rusiya Federasiyasının Soçi şəhərində "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli çıxışı ilə Ermənistan baş nazirinin "Qarabağ Ermənistandır və nöqtə” yalan bəyanatını alt-üst edərək, "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır və Qarabağ Azərbaycandır və nida işarəsi” deməsi, bunu inamlı şəkildə dünya birliyinə çatdırması Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatında (ADTGT) bu möhtəşəm addıma beynəlxalq ictimai dəstək kampaniyasına başlamağa böyük stimul olub.
 
Azərbaycanda, Avropada, MDB məkanında və eləcə də dünyanın müxtəlif yerlərində ölkəmizin haqlı və ədalətli mövqeyinin təbliği istiqamətində çoxsaylı beynəlxalq layihə və tədbirlər həyata keçirən ADTGT artıq bu kampaniya çərçivəsində xarici tərəfdaş QHT-ləri, əcnəbi vətəndaş cəmiyyəti fəallarını, gənc liderləri bu aksiyaya dəvət etmiş, konkret fəaliyyət və beynəlxalq ictimai dəstək addımlarını həyata keçirməyə başlamışdır.
 
Belə ki, başlanan bu beynəlxalq ictimai dəstək kampaniyası çərçivəsində ADTGT-nin çağırışı ilə dünyanın müxtəlif ölkələrindən olan və əməkdaşlıq etdikləri xarici QHT-lər, gənclər təşkilatları və əcnəbi fəallar "QARABAĞ AZƏRBAYCANDIR!” sloqanını öz dillərində canlı səsləndirərək və eləcə də yazılı kağızlarda nümayiş etdirərək, bunları video və foto görüntülərə alıb həm təşkilatçıya göndərəcək, həm də sosial şəbəkələrdə paylaşacaqlar. Müxtəlif ölkələrdə, eyni zamanda ADTGT tərəfdaşları tərəfindən fəal gənclərin iştirakı ilə bu sloqan əsasında flaşmoblar da təşkil olunacaq.
 
ADTGT tərəfindən sosial şəbəkələrdə təbliğ olunacaq və müntəzəm olaraq davam etdiriləcək bu aksiya ilə yanaşı, bütün əcnəbi dillərdə səslənən və göstərilən süjetlər əsasında vahid bir təbliğat çarx (rolik) da hazırlanacaq.
 
ADTGT tərəfindən başalanan bu beynəlxalq ictimai dəstək kampaniyasının məqsədi Aərbaycan Prezidentinin sloqan olaraq yekun vurduğu bu qəti fikri hər kəsə bəyan etmək, Ermənsitanın bu günə qədər dünya birliyinə söylədiyi saxta və sərsəm bəyanatları ifşa etmək və Qarabağın Azərbaycana tarixi və hüquqi məxsusluğunu sübut edən faktları beynəlxalq aləmə çatdırmaqdır. 

RƏYLƏR