QHT “Danışır Xocalı” adlı sənədli film hazırlayacaq – ŞURANIN DƏSTƏYİ İLƏ

OXUNUB: 43 QHT
XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Xolokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən heç də fərqlənmir. Adı çəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur.
 Xocalı soyqırımından 27 il ötməsinə baxmayaraq dünya ictimaiyyəti bu faciəyə hələ də ədalətli qiymətini verməyibdir. Qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanan "Xocalıya ədalət” kampaniyası bu sahədə mövcud olan bir çox problemləri həll etmiş oldu. Lakin biz hesab edirik ki, Vətəndaş Cəmiyyəti də bu istiqamətdə böyük işlər görməlidir. 
Bu mənada "Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi Şuranın dəstəyi ilə ""Danışır Xocalı” adlı sənədli filmin hazırlanması” adlı layihəsinin icrasına başlayıb. İki ay davam edəcək layihə çərçivəsində hazılanacaq qısametrajlı sənədli film həm Azərbaycanda, həm də xarici ölkələrdə təqdim ediləcəkdir.
 
 
 
 
İcmal.Az

RƏYLƏR