QHT-lərin islam həmrəyliyi ilə bağlı fəaliyyəti QHT TV-də işıqlandırılacaq.

OXUNUB: 1052 QHT

QHT-lərin islam həmrəyliyi ilə bağlı fəaliyyətiQHT TV-də işıqlandırılacaq.

  •   4 nəfər oxuyub
Bu barədə QHT.az-a "İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə məlumat verib.

QHT rəhbəri bildirib ki, bu fəaliyyətlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "İslam həmrəyliyinin təbliği ilə bağlı QHT-lərə informasiya dəstəyinin göstərilməsi” layihəsi çərçivəsində baş tutacaq.

Layihə "İslam həmrəyli ili" çərçivəsində görülən işlərin təbliğ edilməsi, QHT-lərin bu mövzuya tövhəsini ictimailəşdirməkdən ibarətdir. 

Cəsarət Hüseynzadə qeyd edib ki,  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2017-ci il Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar, "İslam Həmrəyliyi İli” çərçivəsində geniş miqyaslı tədbirlər və fəaliyyətlər həyata keçirilməkdədir. 

Bu tədbirlər müxtəlif qurumlar tərəfindin həyata keçirilir. Sözsüz ki, bu qurumlar arasında QHT-lər də vardır ki, onlar müxtəlif layihələr çərçivəsində "İslam Həmrəyliyi İli” ilə bağlı tədbirlər keçirirlər.

QHT-lərin görülən tədbirlərin ardıcıl və mütəmadi olaraq təbliğ edilməsi, yeni  və innovativ metodlarla  ictimaiyyətə çatdırılması görülən işlərin nəticələrinin  artırılmasına, indikatorların olmasına imkan yaradacaqdır. 

Belə ki, "İslam həmrəyli ili" çərçivəsində keçirilən tədbirlər çərçivəsində QHT-lərin həyata keçirdiyi nümunəvi  layihələr və tədbirlər ilə bağlı 12 video material  (xəbər, reportaj, müsahibə və s.)  hazırlanaraq QHT TV internet televiziyasında  yayımlanacaq. 

Video reportajların bəzilərin studiya şəraitində, digərlərinin isə həyata keçirilən müxtəlif tədbirlərdən reportaj və müsahibələr formatında hazırlanması nəzərdə tutulur.
Təşkilat rəhbəri əlavə edib ki, oktyabrın əvvəlindən  başlanılacaq çəkilişlərdə QHT rəhbərlərinin fəallıq göstərməsi xahiş olunur. 
 
 
 


İcmal.Az
 

RƏYLƏR