QHT nümayəndələri beynəlxalq layihədə iştirak edəcəklər

OXUNUB: 870 QHT
Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) 5 nəfərlik nümayəndə heyəti tərəfdaşlıq şəklində Avropa İttifaqının Erasmus+ Proqramı çərçivəsində keçiriləcək beynəlxalq layihədə iştirak edəcəklər. 
 
2019-cu ilin 15 – 22 oktyabr tarixlərində Türkiyənin Burdur şəhərində keçiriləcək beynəlxalq tədbir "reLAKE IT!” adlanır. 
 
"Salda gölü müdafiəçiləri” QHT-nın təşkilatçılığı və Türkiyə Erasmus+ Milli Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunacaq beynəlxalq təlimə 7 ölkədən (Slovakiya, Bolqarıstan, Latviya, Estoniya, Şimali Makedoniya, Türkiyə və Azərbaycan)  36 gənc lider qatılacaqdır. ADTGT-nin beynəlxalq tərəfdaş olduğu bu layihə çərçivəsində iştirakçılar 1 həftə ərzində müxtəlif interaktiv təlim metod və vasitələri ilə maariflənəcək, yeni bilgi və informasiyalara yiyələnəcək və qarşılıqlı olaraq geniş məlumat və təcrübə mübadiləsi qazanacaqlar. 
 
Beynəlxalq təlimdə ADTGT fəalları əcnəbi tərəfdaşları ilə birgə qeyri-formal təhsil üsulları ilə ekosistem, ətraf mühit, göllərin və su hövzələrinin qorunmasındə gəclərin rolu və fəal iştirkı, gənclərin bu prosseslərə aktiv reaksiyaları, çağırışları, yeni imkanlar və s. kimi mövzularda zəngin məlumatlara yiyələnəcək, informasiya mübadiləsi aparacaq və iştirakçı ölkələrin bu sahədə təcrübəsini, keçdiyi yolu və inkişafını öyrənəcəklər. 
 
ADTGT üzvləri təlimdə Azərbaycanda ekosistem, ətraf mühitin qorunması, Xəzərin ekoloji durumu və tədbirlər, gənclərin burada rolu və fəaliyyəti haqqında xüsusi təqdimatla çıxış edəcək və ölkəmizin bu sahədə inkişafını və atdığı addımları nümayiş etdirəcəklər. 
 
Layihə müddətində plenar açılış, təlim, görüşlər, işçi qruplar, tarixi, turistik yerlərin ziyarəti, mədəniyyətlərarası gecələr, flaşbomlar və digər maraqlı tədbirlər vasitəsilə fərqli mədəniyyətlərə malik gənclərin bir-birləri ilə daha yaxından ünsiyyət qura və əlaqələr yarada biləcəklər. Müxtəlif ölkələrin nümayəndələrinin burada iştirakı eyni zamanda gənclərin mübadiləsi vasitəsilə onlar və təmsil etdikləri ölkə və QHT-lər arasında gələcək mehriban dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsidir. 
 
İcmal.Az

RƏYLƏR