QHT sədri: Bəzi beynəlxalq təşkilatlar öz siyasi maraqları naminə Azərbaycana qarşı qərəzli bəyanatlar verməyə öyrəşiblər

OXUNUB: 1002 QHT
Zaman-zaman bir sıra qərəzli və məkrli mövqeləri ilə seçilən xarici təşkilatlar, QHT-lər və fondlar Azərbaycanda söz və mətbuat azadlığı sahəsində əldə olunan uğurlara kölgə salmağa xidmət edən hesabatlar yayırlar. Bu günlər mötəbər qurum kimi dəyərləndirilnən ATƏT-in media azadlığı üzrə ofisinin rəhbəri Harlem Dezir də eyni qərəzli açıqlama ilə çıxış edib. 
 
Mövzu ilə bağlı Səs İnformasiya Agentliyi "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədriCəsarət Hüseynzadənin mövqeyini öyrənib.
 
C. Hüseynzadə bildirib ki, təəssüflər olsun ki, bəzi beynəlxalq təşkilatlar öz siyasi maraqları naminə Azərbaycana qarşı qərəzli bəyanatlar verməyə öyrəşiblər: "Əvvəllər bu bəyanatlar diplomatik formada əks olunurdu. Çox təəssüf ki, bu gün müxtəlif supergüclər öz maraqlarının açıq formada diktə etmək yolunu seçiblər. Azərbaycana qarsı da bu mövqe, xüsusən, dövlətimiz üçün əhəmiyyətli hadisələrin planlaşdırıldığı məqamlarda geniş vüsət alır. ATƏT-in media azadlığı üzrə ofis rəhbərinin bu müsahibəsi də, məhz buna hesablanıb. Müsahibədə 2018-ci il prezident seçkilərinin azad media və namizədlərin kütləvi informasiya vasitələrinə çıxışının olmadığı bir mühitdə gedəcəyi ilə bağı iddialar səslənir. Bu gün Azərbaycan əhalisinin 82 faizinin internetə çıxışının olduğu bir məqamda bu iddianı səsləndirmək gülünc görünür. Media və sosial şəbəkələr üzrə araşdırmalar zamanı, məlum olub ki, KİV-də gedən materiallara müraciətlərin 50 faizindən artığı, məhz sosial şəbəkələr vasitəsi ilə həyata keçirilir. Avropalı ekspertlərin də, sosial şəbəkələrin effektinin ənənəvi mediandan üstün olduğunu dəfələrlə qeyd etməsini nəzərə alsaq, belə bir sual yaranır: söz və məlumat azadlığı deyəndə, ATƏT-in media azadlığı üzrə ofisi nəyi nəzərdə tutur? Ölkədə sosial şəbəkələrə heç bir məhdudiyyət tətbiq edilmir. 
 
Yüzlərlə kütləvi informasiya vasitəsi sərbəst fəaliyyət göstərir. İstənilən şəxs sərbəst formada heç bir icazə almadan və qeydiyyat üçün müraciət etmədən xəbər saytları, internet televiziya yaradır və sərbəst formada fəaliyyət göstərir. Avropalı nümayəndələr jurnalistikada raketçiliyi, yoxsa hər hansı ölkələrdən vəsait alaraq, dövlətçiliyə və milli maraqlara qarşı mübarizə aparmağı təşviq edirlər? Qərəzin nədən qaynaqlandığına gəlincə isə, fikrimcə, bu bəyanat ölkədə seçki ərəfəsi müxtəlif anti-Azərbaycan qüvvələrin mətbəxində hazırlanan bir layihənin tərkib hissəsidir. Bu qüvvələr Azərbaycanda öz maraqlarını təmin etmək istəyən bəzi xarici ölkələr və erməni lobbisindən ibarətdir. Təəssüflər olsun ki, bəzi azərbaycanlılar bu məkrli niyyətin həyata keçirilməsində həmin qüvvələrə alət olurlar”.
 
İcmal.Az

RƏYLƏR