QHT sədri 'XVII TÜRK DÜNYASI GƏNCLİK QURULTAYI'nda Qarabağdan danışdı: 'MEDİA PLATFORMA YARADILMALIDIR'

OXUNUB: 200 Banner-Musavat Banner-Olkə.az HƏFTƏLİK İCMAL Özəl QHT SİYASƏT
22 may tarixindən İstanbulda Türk Xalqları Konseyi və  Dünya Türk Gəncləri Birliyinin təşkilatçılığı ilə "XVII TÜRK DÜNYASI GƏNCLİK GÜNLƏRİ VƏ QURULTAYI" həyata keçirilir.
Tədbirdə 42-ə yaxın ölkədən 100-ə yaxın nümayəndə iştirak edib. 
Tədbirdə Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov çıxış edərək türdilli ölkələrin gənclərini informasiya savaşında fəal olmağa çağırdı: "Müstəqillik əldə etdikdən sonra Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi sayəsində Azərbaycan öz müstəqilliyini qoruya bildi. Lakin biz keçid dönəmində ermənilərin əsl simasını gördük. Bu tək ermənilərin azərbaycanlılara qarşı açdığı savaş deyildi, bu bütövlükdə türk insanına qarşı açılan savaş idi. Bugün Azərbaycanın 20 faiz torpaqları işğal olunubdur, xalqımızına qarşı 31 mart, Xocalı və Ağdaban kimi dəhşətli soyqırımlar törədilibdir. Bu savaş bügün də davam edir. İnformasiya sahəsində isə mübarizə daha gərgin və amansızdır. Hesab edirəm türkdilli ölkələrin gəncləri vahid bir internet platformada birləşməli, anti-türk əməliyyatlarına qarşı həmrəy şəkildə, sistematik mübarizə aparmalıdırlar. Eyni zamanda türk xalqlarının tarixlərinə aid qısametrajlı filmlər çəkilməlidir. Hesab edirəm bu yeniyetmə və gənclərin türk tarixinə olan marağını daha da artırmış olacaq."
Məlumat üçün qeyd edək ki, Qurultay 22-25 may tarixlərində reallaşır.
 
İcmal.Az
 
 
 
 

RƏYLƏR