Qida Təhlükəsizliyi Agentliyi tam fəaliyyətsiz hala düşüb: HƏR YERDƏ ANTİSANİTARİYA, ÖZBAŞINALIQ, XAOS HÖKM SÜRÜR (FOTO)

OXUNUB: 549 Özəl GÜNDƏM İQTİSADİYYAT HADİSƏ
7NEWS.az xəbər verir ki, bu sözləri "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Qurban bayramı günündə qəssabxanalarda hökm sürən dəhşətli mənzərəni şərh edərkən deyib: "Əziz həmvətənlər, hər birinizi Qurban bayramınızı təbrik edir, qurban və dualarınızı Rəbbimiz tərəfindən qəbul edilməsini arzulayıram! Amma bu müqqədəs gündə birbaşa şahidi oldugum bir hadisəyə ilə baglı narahatlıqlarımı da bölüşməyi zəruri hesab edirəm. Quban bayramı ilə əlaqədar onlayn qurban sifarişlərinin təşkilinə görə Kənd Təsərrüfatı Nazirliyinə minnətdarlığımı bildirirəm. Dogurdan da, istəyən şəxs onlayn formada müvafiq6 ünvalara kiçik məbləğdə beh ödəməklə rahat şəkildə qurbanlıq sifarış verir və Qurban bayramı günləri həmin ünvana gələrək heyvanlar arasından sifarişinə uyğun qurbanlıq heyvanı seçir! İndi məsələnin ikinci çox vacib məqamı; Qurbanlıq üçün seçdiyi hevanın kəsilməkj üçün verməsi; Artıq bu proses Qida Təhlükəsiyi Agentliyinin əməkdaşlarının   tabeçiliyi və nəzarətinə keçir! Və əsil mərəkə burada başlayır. Qurban kəsim yerlərində rəzalət başlayır! Tam antisanitariya mənzərəsi: kəsilən heyvanların başları, ayaqları, bagırsaqları, dərisi və.s hərəsi bir tərəfə atılıb! Qan su yerinə axır hər tərəfə! Qəssablar hərə bir formada (xalatsız və müvafiq geyimlərsiz), müştərilər bilavasitə kəsim yerlərində, azyaşlı uşaqlar və s . Bilmək  olmur ki, müştəri kimdir, qəssablar kimdir və azyaşlı uşaqlar burada nə işi var! Ümümiyyətlə, Qida Təhlükəsizliyi Agentliyi əmakdaları isə ətrafda gözə dəymir!? Niyə Qida Təhlükəsizliyi Agentliyuni əməkdaşları yoxdur?! Məncə cavabı məlum olan suallardandır. Bir çox hallarda hökümətin yaxşı təşəbbüslərinə belə bəzi təsisatların bu davranışları neqativ münasibətin yaranmasına gətirir!"
 
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.

İcmal.az

RƏYLƏR