“Qida təhlükəsizliyinə həsr olunan tədbirlərin təşkili” layihəsi çərçivəsində Bakıda təqdimat reallaşdı – ŞURANIN DƏSTƏYİ İLƏ (FOTOLAR)

OXUNUB: 96 QHT

İstehlakçıların Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi (İMD) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qida təhlükəsizliyinə həsr olunan tədbirlərin təşkili” layihəsinə start verib.

Layihə çərçivəsində nəzərdə tutulan ilk təqdimat mərasimi Bakı şəhərində baş tutub.

MİU-nun konfrans zalında baş tutan tədbiri giriş sözü ilə açan internet-media ekspert Səbuhi Abbasov qonaqları salamladı və layihə barədə geniş məlumat verdi.

Daha sonra Bax.tv saytının rəhbəri Seymur Teymurov çıxış edərək bu kimi layihələrin cəmiyyətin maariflənməsində mühüm rol oynadığını dedi.

Sonra "İstehlakçıların Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Emil Əkbərov layihə barədə geniş məlumat verib: "Layihənin əsas məqsədi cəmiyyəti qida təhlükəsizliyinin əsas aspektləri ilə bağlı maarifləndirməkdən ibarətdir. Bundan başqa biz Qida təhlükəsizliyi ilə bağlı istehsalçıları maarifləndirmək, əhali arasında "sağlam qida” şüarının məntiqi "açarını” təbliğ etmək, qida təhlükəsizliyi prinsiplərinin pozulacağı təqdirdə cəmiyyətə dəyən zərərin elmi izahını vermək, qida təhlükəsizliyi sahəsində beynəlxalq təcrübəni ölkəmizə tətbiq etmənin yollarını araşdırmağı qarşıya məqsəd kimi qoymuşuq. Bizə dəstək olduqlarına görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkür edirəm”

Sonda layihə çərçivəsindı hazırlanmış 20 dəqiqəlik informativ videorolik təqdim olunub.















RƏYLƏR