Qırğızıstanda əcnəbilərə xidmət edəcək kazinolara icazə verilib

OXUNUB: 150 Özəl DÜNYA
Qırğızıstanda dövlət büdcəsinə əlavə vəsait cəlb etmək üçün yalnız əcnəbilərə xidmət göstərəcək kazinolara icazə verilib.

7NEWS.az xəbər verir ki, Prezident Sadir Çaparov ölkədə qeydiyyatda olan əcnəbilərə xidmət göstərmək üçün kazinoların açılmasını nəzərdə tutan qanunu təsdiqləyib. Qanun kazinoların ölkə vətəndaşları üçün qapalı saxlanmasını nəzərdə tutur və təhsil, tibb, dini və mədəniyyət müəssisələrinin, habelə mənzildə fəaliyyətini qadağan edir.

7NEWS.az

RƏYLƏR