QİÇS Mərkəzinin direktoru: "Qadınlar bu işdə ehtiyatlı olsunlar..."

OXUNUB: 611 SOSİAL
Mayın 1-ə olan məlumata görə, hazırda respublikada 5831 nəfər İİV-li xəstə qeydiyyatdadır. Bunlardan 4138 nəfəri kişi, 1693 nəfəri qadındır.
İcmal.Az teleqraf.com-a istinadən xəbər verir ki, bunları Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Eldəniz Muradov deyib.

Onun sözlərinə görə, 1987-ci ildə Azərbaycanda ilk dəfə İİV virusu aşkar olunandan bu günə qədər QİÇS mərhələsində olan vətəndaşların sayı 2103 nəfərdir, 904 nəfər vəfat edib:

"2018-ci ilin son 4 ayı ərzində Azərbaycanda İİV-lə yoluxması yeni aşkar olunan insanların sayı 193 nəfərdir. Onlardan 188 nəfəri Azərbaycan vətəndaşı, 5 nəfəri isə əcnəbidir. Qeydiyyata alınmış 188 nəfərdən 123-ü kişi, 65 nəfəri isə qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 46 nəfərdir. Həmin müddətdə İİV infeksiyasından 16 nəfər ölüb".

E.Muradov bildirib ki, bu ilin 4 ayı ərzində Azərbaycan vətəndaşları arasında 23 nəfər parental kontakt, 89 nəfər heteroseksual kontakt, 10 nəfər homoseksual kontakt nəticəsində, 2 nəfər anadan uşağa ötürməklə, 64 nəfər yoluxma yolu ilə İİV-lə yoluxub:

"Qeydiyyatda olanlardan 42,2 faizi narkotik istifadə etməklə, 45 faizi cinsi yolla, 2,6 faizi homoseksuallar vasitəsilə, 1,8 faizi anadan uşağa keçməklə, 0,02 faizi donor qanın köçürülməsi, 7,9 faizi isə yoluxma yolu ilə virusa yoluxub. Ana hamilə olan vaxtı müalicə olunarsa, uşağa xəstəlik keçmir. İldə orta hesabla 40-50 nəfər HİV infeksiylı ana hamilə qalır. HİV infeksiyalarına yoluxanların 2,6 faizi isə homoseksuallardan keçib. HİV-ə yoluxma ən çox cənub zonası - Lənkəran, Astara rayonlarında üstünlük təşkil edir. Şirvanda da çoxdur. MDB ölkələri ilə müqayisədə Azərbaycanda HİV-ə yoluxma xeyli aşağıdır".
 

İcmal.Az

RƏYLƏR