“Qiymət qiyamçıları” cəzalandırıla bilər – AÇIQLAMA

OXUNUB: 688 İQTİSADİYYAT
Son günlərin ən çox diqqət cəlb edən mövzularından biri də Rusiyadan gələn tikinti mallarının bahalaşmasıdır. Məhz Azərbaycana tikinti mallarının əksəriyyəti Rusiyadan gəlir. Amma ekspertlər Rusiyadan gələn tikinti materiallarında baş verən qiymət artımının səbəblərini izah edə bilmirlər. Çünki məlum sanksiyalar səbəbindən rubl təqribən 12% dəyərdən düşüb. Rublun dəyərdən düşməsi Rusiyadan idxalı ucuzlaşdırır və daha sərfəli hala gətirir. Bəs, nə üçün tikinti materiallarının qiyməti qalxıb?

Tikinti mallarının bahalaşması ilə bağlı BNEWS.az-a danışan iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, ümumiyyətlə, rublun dəyərdən düşməsi Rusiyadan Azərbaycana idxal olunan məhsulların qiymətinə təsir göstərir: "Amma etiraf etmək lazımdır ki, bir müddət ölkəyə idxal edilən məhsulların qiymətinə bu təsir göstərməyəcək. Çünki Rusiyadan idxal edilən tikinti malları, əvvəlki dövrlərdə ölkəyə idxal olunmuş məhsullardır. Bu məhsulların satışından sonra, ölkəyə gətiriləcək növbəti partiya tikinti malların qiymətlərində - rublun məzənnəsi indiki səviyyədə qalarsa, azalmar ola bilər. Ümumiyyətlə, tikinti mallarında qiymət artımı bu məhsullara tələbin yüksəlməsi ilə bağlıdır. Belə ki, ölkədə həm sosial evlərin inşasına start verilib, həm də şəhərin müxtəlif yerlərinin sökülməsinə və müxtəlif binaların tikintisinə start verilib. Bu isə tikinti materiallarına olan tələbin artmasına gətirib çıxarıb. Tələbin artması qiymətlərin artımına yola açır. Eyni zamanda yaz aylarında, təmir-tikinti işlərinin həcmi artır”.
 
Vüqar Bayramovun sözlərinə görə, hazırda Rusiyada istehsal olunan tikinti materiallarının qiymətində artım müşahidə olunmur: "Bu baxımdan tikinti bazarında qiymətlərin süni şəkildə artırılıb-artırılmamasını müəyyən etmək üçün monitorinqin aparılmasına ehtiyac var. Manatın məzənnəsi son bir ildə stabildir, yeni vergi rüsumları tətbiq edilməyib. Ölkədə tikinti materiallarına olan tələbin artmasına görə, sahibkarların qiymət artımına getməsi arzuolunan deyil. Hesab edirəm ki, süni yolla qiymət artımının baş verdiyini aydınlaşdırmaq üçün İqtisadiyyat Nazirliyi tərəfindən monitorinqlərin aparılmasına ehtiyac var. Tikinti mallarına tələbin artmasına baxmayaraq, bu gün inşaat materiallarının qiymətini artıracaq hər hansı bir iqtisadi əsas yoxdur”.
 
İcmal.Az

RƏYLƏR