Qız anasının pulunu və qızılını oğurladı

OXUNUB: 885 HADİSƏ

Bakıda təxminən bir ay əvvəl törədilən cinayətin üstü açılıb.

İcmal.Az Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, aprelin 15-dən iyunun 14-dək olan müddətdə Nərimanov rayonu ərazisindəki mənzillərdən birindən naməlum şəraitdə 12.000 manat pul və 4.000 manat dəyərində qızıl əşyalar oğurlanıb. 

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibəsinin qızı saxlanılıb və izahatı alındıqdan sonra buraxılıb.

İcmal.Az

RƏYLƏR