Qız boğulan insanın fonunda fotosessiya etdirdi - FOTO

OXUNUB: 700 DÜNYA

Boğulan insanın fonunda fotosessiya etdirən qızın şəkilləri sosial şəbəkə istifadəçilərini qəzəbləndirib. 

İcmal.Az xəbər verir ki, hadisə ABŞ-da baş verib. 

Qız fotosessiya zamanı qırmızı çimərlik geyimində olub. 

Əvvəlcə istifadəçilər onun gözəlliyini qeyd ediblər, ancaq sonra onlar şəklin fonunda insanın boğulduğunu görüblər. Şəbəkə istifadəçiləri hesab edib ki, boğulan şəxsin kömək istəməyinə baxmayaraq, qız çəkilişi davam etdirib. 

"Düşünürəm ki, bu insana kömək etmək lazım idi”, - istifadəçilərdən biri yazıb. 

İcmal.Az

RƏYLƏR