Qız onunla evlənmək istəməyən sevgilisini kişilikdən məhrum etdi

OXUNUB: 1103 DÜNYA

Hindistanda qəribə hadisə baş verib.

Hindistan polisi Dehlidə kişinin cinsiyyət orqanını kəsən qızı axtarır. Qızın 23 yaşı olduğu deyilir.

Qız 4 ildir münasibətdə olduğu 35 yaşlı Ravi adlı kişiyə ona ərə getmək istədiyini söyləyib. Kişi isə onun istəyini rədd edib və bildirib ki, ailəsi onların evlənməyini istəmir.

Söhbət bir dəfə bağlansa da, ikinci dəfə evlənmək mövzusu açılanda onlar arasında ciddi mübahisə yaranıb. Qadın Ravini hamama aparıb, əlində bıçaqla cinsi əlaqədə olmağa məcbur edib və bildirib ki, onunla evlənməlidir.

 

Ravi etiraz etdikdə qadın onun cinsiyyət orqanını kəsib və qaçıb.

O, xəstəxanaya çatdırılıb. Həkimlərin dediyinə görə, Ravi bir daha cinsi əlaqədə ola bilməyəcək./milli

 

İcmal.Az

RƏYLƏR