“Qızıl” qazanan futbolçulara AFFA da pul verəcək – MƏBLƏĞ

OXUNUB: 1046 İDMAN
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycan futbol millisinə AFFA da mükafat verəcək.

İcmal.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, federasiya rəhbərliyi yığmanın hər bir üzvünə 20 min manat təqdim edəcək.

Komanda ilə son görüşdə AFFA rəhbərliyi bu barədə futbolçulara məlumat verib.

AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mikayıl Nərimanoğlu da bu informasiyanı təkzib etməyib: "Məsələ hələ tam rəsmiləşməyib. Hər halda yaxın günlərdə bu barədə məlumat veriləcək”.
 
İcmal.Az

RƏYLƏR