Qızına 400 minlik toy edən məmurla bağlı rəsmi açıqlama - “Araşdırma aparılmır”

OXUNUB: 1232 Seçilmiş Önəmli Özəl HADİSƏ
Adı qalmaqal və korrupsiyada hallanan Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilməyib.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

O bildirib ki, bu məsələ ilə bağlı Baş İdarəyə müraciət daxil olsaydı, ictimaiyyətə məlumat verilərdi:

"Baş İdarə tərəfindən istənilən müraciətlə bağlı rəsmi araşdırma aparılır. Belə araşdırmalar olanda ictimaiyyətə də açıqlayırıq. Konkret bu məsələ ilə bağlı müraciət olunmayıb. Əgər bununla bağlı Baş İdarənin məlumatı yayılmayıbsa, deməli, müraciət edilməyib”.
 
Qeyd edək ki, Bakı Lift İdarəsinin direktoru bir müddət əvvəl qızına 400 min manatlıq toy etməsi ilə gündəmə gəlmişdi. Onun barəsində cinayət işi açıldığı və işdən azad edildiyi xəbərləri yayılmışdı. 

RƏYLƏR