Qızını erməni multimilyonerin oğluna ərə verən Eldar Osmanov kimdir? - FOTO

OXUNUB: 1717 Özəl HADİSƏ
Xəbər verildiyi kimi iyulun 1-də ABŞ-ın Los-Anceles şəhərində rusiyalı biznesmen Eldar Osmanovun qızı Lolita Osmanova olduqca dəbdəbəli toy mərasimi ilə erməni biznesmen Albert Avdolyanın oğlu Qaspar Avdolyanla evlənib. Toy mərasimi ənənəvi "Oskar” mərasimlərinin keçirildiyi "Dolby Theatre”də baş tutub. Toyun aparıcıları Kseniya Sobçak və Andrey Malaxov olublar. Qonaqları Svetlana Loboda, Nikolay Baskov, Stas Mixaylov və Ledi Qaqa əyləndiriblər.

İCMAL.az xəbər verir ki, toya 10 milyon dollara yaxın xərc çəkildiyi təxmin edilir. Eldar Osmanov Rusiyada tanınmış biznesmendir və "Mejreqionsoyuzenerqo" şirkətinin sahibidir. Albert Avdolyana gəlincə, o, telekommunikasiyalar sahəsində işləyir, "Forbes” onun sərvətini 800 milyon dollar civarında qiymətləndirir. Avdolyan 1970-ci ildə Krasnodarda anadan olub, Rusiyanın 200 ən varlı adamı siyahısındadır.

Qızını erməni multimilyonerin oğluna ərə verən Eldar Osmanov kimdir? - FOTO

RƏYLƏR