Qızını izləyib bıçaqlayan ataya 15 il iş istədilər

OXUNUB: 687 HADİSƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qızına və  arvadına bir neçə bıçaq zərbəsi vuran Sərdar Səmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əlövsət Abbasovun  icraatında olan prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Dövlət ittihamçısı çıxış edərək S.Səmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, hadisə ötən il Xırdalan qəsəbəsində baş verib.  

Sərdar Səmədov qızı Nigar Səmədovanın əxlaqsızlıq etməsindən şübhələnərək onu izləyib və qızının bir neçə şəxsin maşınına mindiyini görüb. Evə gələrək qızını gözləyib. Nigar evə gələndə binanın blokunda atası ona 14 bıçaq zərbəsi vurub. Səs-küyə gələn arvadı Baysabanı da bıçaqlayıb. Qonşular ana və qızı xəstəxanaya çatdırıblar, onları xilas etmək mümkün olub.

S.Səmədov ölkədən qaçmaq istəyərkən Sınıq Körpü Keçid Məntəqəsində saxlanılıb./qafqazinfo


İcmal.Az

RƏYLƏR