Qlaukoma xəstələri üçün menyu

OXUNUB: 988 Səhiyyə

Martın 12-si dünyada Qlaukoma Günü kimi qeyd olunur. Qlaukoma el arasında "qara su" adı ilə tanınan ağır xroniki göz xəstəliyidir. Xəstəlik gözdaxili təzyiqin yüksəlməsi, görmənin zəifləməsi, görmə sahəsində dəyişiklik yaranması və nəticədə görmə sinirinin atrofiyası ilə xarakterizə olunur.

Əlilliklə nəticələnən xəstəliklər arasında göz xəstəlikləri birinci yeri tutur.

Oftalmoloqlar görməni yaxşılaşdırmaq üçün bəzi reseptlər təklif edirlər. Məsələn, hərəsindən bir xörək qaşığı üzüm şirəsi, 3-5 yaşlı əzvay yarpaqlarının şirəsi və su qarışdırılaraq sərin və qaranlıq yerdə saxlanılır, gündə üç dəfə hər gözə iki damcı damızdırılır. Müalicə kursu bir ay aparılır.

Yaxud, təzə bağayarpağının şirəsi sıxılır və gündə üç dəfə yeməkdən əvvəl bir xörək qaşığı qəbul edilir. Bundan başqa, qida rasionuna yerkökü, balqabaq, qarağat, kəsmik, göyərti, yumurta, qaraciyər və balıq məhsulları daxil edilməsi məsləhət görülür.

 

Qaragilə meyvələri, qırmızı üzüm tənəyinin yarpaqları, qara qarağatın yarpaq və meyvələri, gülümbahar çiçəkləri ilə dəmləmələr göz qapaqlarının şişkinlik və yorğunluğunu, gözdə olan gərginliyi və qızartını azaldır, kapilyarları qoruyur, göz divarlarının dağılmasını və qocalmasını ləngidir./azərtac

İcmal.Az

RƏYLƏR