Qlobal güclərin görüşü üçün Bakının məkan kimi seçilməsi Azərbaycanın nə vəd edir? - AÇIQLAMA

OXUNUB: 801 SİYASƏT TƏHLİL
Aprelin 19-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Avropada Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Körtis Skaparotti Bakıda bir araya gəliblər. Bəs, qlobal güclərin görüşü üçün Bakının məkan kimi seçilməsi Azərbaycanın nə vəd edir?

Məsələylə bağlı fikrlərini BNEWS.az-la bölüşən politoloq Arzu Nağıyev bildirib ki, bu, Azərbaycan paytaxtında bu səviyyədə keçirilən ilk görüşü deyil: "Qlobal mövzular üçün görüş yeri kimi Bakının seçilməsi böyük dövlətlərin Azərbaycana verdiyi önəmdən irəli gəlir. Bu, Azərbaycanın xeyrinədir. Eyni zamanda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi V. Gerasimovu və NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı (SACEUR) Körtis Skaparottinin başçılıq etdiyi nümayəndə heyətini Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi mühüm məsələlərin həlli baxımından vacibdir . Bəs, niyə bu dəfə görüş yeri kimi yenə Bakı seçildi? Niyə İrəvan və ya Tiflis yox, Bakıya üstünlük verildi? Çünki Bakı onların təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayır. İkincisi Gürcüstanın Rusiya ilə diplomatik münasibətləri yoxdur, iki dövlət arasında münasibətlər soyuqdur. Ermənistan isə Rusiyanın hərbi və strateji müttəfiqi, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Ona görə də müzakirə yeri kimi Tiflisin seçilməsinə Rusiya, İrəvanın seçilməsinə isə NATO rəhbərliyi razılaşmayacaqdı. Bu baxımdan Bakının seçilməsi tərəflər üçün daha münasib idi. Azərbaycanın həm Rusiya, həm də NATO ilə sıx əlaqələri var və hər ikisindən eyni məsafədədir. Məsələnin digər tərəfi də ondan ibarətdir ki, artıq keçirilən bu cür yüksək səviyyəli görüşlərdən sonra Azərbaycan rəhbərliyi birbaşa ölkədə baş verən hadisələri və prosesləri tam şəkildə analiz edə bilir. Artıq Azərbaycan beynəlxalq aləmdə dialoq platformunun mərkəzlərindən biri kimi tanınır”.

Arzu Nağıyevin generalların Bakı görüşünü Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında inadırıcı görünmədiyini söyləyib: "Bu görüşdə Qarabağ məsələsinin müzakirəsi gözlənilirmirdi. Ola bilsin görüşdə Yaxın Şərq, Suriya və bir də son vaxtlar dünya gündəmini zəbt eləmiş Şimali Koreya məsələsi müzakirə olunub”.
 
İcmal.Az

RƏYLƏR