"Qoca"nın qaçmasına kömək göstərən qadın: "Etibar 2 yastıq götürüb maşının “baqaj”ına girdi"

OXUNUB: 74 HADİSƏ

Bakıda "Qoca" ləqəbli Etibar Məmmədov və Əli Ağami adlı məhbusların qatardan qaçmasına kömək göstərməkdə təqsirləndirilən Günay Atakişiyevin cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadəsi məlum olub.

İcmal.Az report-a istinadən xəbər verir ki, ittiham aktında qeyd edilib ki, o, "Qoca" ləqəbli Etibar Məmmədovu birgə kirayədə yaşadığı rəfiqəsi Lalə vasitəsi ilə tanıyıb.

G.Atakişiyeva söyləyib ki, Lalə daha əvvəl E.Məmmədovla sevgili olub: "Mən də onunla telefonla danışmağa başladım. 2017-ci ilin sentyabr ayında Lalə və Etibarın dostu Aqillə birgə onun yanına getdik. Orada Etibarı ilk dəfə üzbəüz gördüm. Bundan sonra Lalənin telefonu vasitəsilə Etibarla danışmağa davam etdim. Oktyabrın 19-da Aqil mənə zəng edib, Etibarın məni yanına çağırdığını bildirdi. Aqillə ora getdim. Etibarın qardaşı Vüqar da orada idi. Görüşdə Etibar mənə dedi ki, bizi oktyabrın 21-də Lənkərana məhkəməyə aparacaqlar. Mən həmin vaxt qatardan qaçacam, Aqil sənə açar verəcək, həmin açarı oktyabrın 21-də Biləcəriyə gətirib dustaq daşınan qatarda mənə verərsən. Mən də qorxduğum üçün açarı apara bilməyəcəyimi dedim. O, isə sənə çantada paltar verəcəklər, onu gətirib qatarda mənə verərsən söylədi. Onunla razılaşdım. Oktyabrın 21-də Aqillə Biləcəridə görüşdüm, mənə bir torba verib, Etibara verməyimi istədi. Axşam saat 11 radələrində qatara yaxınlaşdıq, rəis Ceyhun bizi qarşıladı. O, çantamı yoxladı, amma Etibara verəcəyimiz bağlamaya baxmadı. Onu bizdən alıb özünün verəcəyini dedi. Bir müddət sonra məni Etibarın olduğu otağa apardılar. Kupedə gördüm ki, həmin torba artıq Etibara verilib. Biz biraz söhbət edəndən sonra Etibar otaqdan çıxıb, başqa dustaqların yanına getdi, sonra qayıtdı. Ümumiyyətlə, Etibar xüsusi vaqonda olarkən çox sərbəst hərəkət edirdi, istədiyi yerə gedib-qayıdırdı. Biz gecəni bir yerdə qaldıq, Lənkəranın Liman stansiyasında mən düşüb Masallıya getdim, bir qədər sonra Etibar zəng edib, onunla birgə qatarda Bakıya qayıtmağımı istədi. Lənkərana qayıtdım, qarovulda xidmət edən Tural adlı şəxs mənə zəng edib 1-2 saat sonra Liman stansiyasında olmağımı tapşırdı və məni ordan götürəcəklərini dedi. Sonra Etibar zəng edib rəisin telefonu ilə danışdığını vurğuladı".

 

G.Atakişiyevə ifadəsi zamanı deyib ki, Şirvan şəhərində Aqil Nəcəfov da qatara minib: "O, qatara minən zaman Etibarla pıçıltı ilə nəsə danışdı. Aqillə mən orada qatardan düşdük, taksi ilə Bakıya gəldik. Səhər saat 05 radələrində Etibar Aqilə zəng eləyib qatardan qaçdığını dedi və onu "Ağ Saray" şadlıq sarayının yanından götürməyimizi istədi. Biz həmin yerə gedib qatardan qaçan digər dustaq Əli ilə birgə Etibarı götürdük. Lökbatanda da başqa bir oğlan maşına mindi, ordan da Hökməlidə Famil adlı şəxsin evinə getdik. 1-2 saat qalandan sonra mən oradan Sumqayıta, qaldığım evə qayıtdım. Həmin gecə Etibar da gəlib bizdə qaldı. Etibar mənə söylədi ki, ona 19 il iş verəcəkləri üçün qaçıb və sərhəddən qanunsuz keçməyi planlaşdırır. Onun tələbi ilə nömrəmi sındırıb atdım, səhəri gün tanış taksi sürücüsü Məhəmmədi çağırdım. Mən və Lalə ona Etibar haqda dəfələrlə danışmışdıq deyə artıq onu qiyabı tanıyırdı. Məhəmməd Etibarın türmədən qaçdığını bilirdi və onu Qazaxa aparmaq üçün 150 manata razılaşdı. Etibar 2 adyal və yastıq götürüb maşının "baqaj"ına girdi və orada gedəcəyini dedi. Mənə 800 dollar verib bildirdi ki, Qazaxda ona qaytarım. Yolda Etibar Məşədi adlı şəxslə bir saatdan bir danışdı. Məşədi onu Sadıxlı kəndinə aparıb oradan Gürcüstana keçirəcəkdi. Gecə saat 01 radələrində Qazaxa çatdıq, Məhəmməd orada başqa bir taskiyə 23 manat verdi ki, bizə bələdçilik edib, Ağsatafa rayonun Sadıxlı kəndinə aparsın. Poylu stansiyasına çatanda gördük qarşıda post var və polislərlər, hərbçilər maşınları yoxlayır. Bu vaxt Etibar Məhəmməd "maşını geri sürsün" dedi. Mən Etibara qaçmamasını söylədim, amma qulaq asmadı. Arxadan NİVA markalı maşında polislər gəlirdi, biz Poylu kəndinin içində küçəyə girdik, tupik oldu. Məhəmməd maşını saxladı, Etibar maşından düşüb ağacların arasına qaçdı. Polislər bizi tutub şöbəyə gətirdilər, Etibar isə qaçıb getdi".

İcmal.Az

RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}