Qoçu sürücü söyüş söyüb hədə qorxu gəldi: Səni dərədən aşıraram - VİDEO

OXUNUB: 749 HADİSƏ
Mayın 16-ı Saray qəsəbəsində qaydaları pozan sürücü digər avtomobilin sürücüsünə qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, 90-UN-149 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü yolayrıcına daxil olub sağa dönən zaman sağ zolaqdakı avtomobili sıxışdıraraq yoldan kənara çıxarıb. Sürücü səs siqnalı ilə etirazını bildirən zaman o, bundan əsəbiləşərək həmin sürücünü saxlatdırıb.
Sürücü avtomobildən düşüb qəza şəraiti yaratdığı şəxsdən üzr istəmək əvəzinə, onun ünvanına nalayiq söyüşlər söyüb. Aralarında mübahisə yarandıqdan sonra qaydaları pozan sürücü "səni dərədən aşağı düşürərəm"- deyərək hədə-qorxu gəlməyə başlayıb.


RƏYLƏR