“Qonaq-şagird” layihəsi çərçivəsində "Dəyirmi masa" və tədbir keçirilib - FOTOLAR

OXUNUB: 1722 QHT

Bakı şəhəri 299 saylı məktəb-liseydə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsində qalib olmuş "Qonaq-şagird” layihəsi çərçivəsində "Dəyirmi masa" və tədbir keçirilib.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsində qalib olmuş "Qonaq-şagird” layihəsi bölgə və şəhər məktəbləri arasında əlaqələri genişləndirmək, təcrübə mübadiləsi apararaq və qarşılıqlı əməkdaşlıq əsasında təhsilin keyfiyyətini daha da artırmaq, hansı məktəbdə təhsil almasından asılı olmayaraq, hər bir şagirdin bərabər təhsil mühiti ilə təmin olunmasına şərait yaratmaq məqsədi daşıyır. Bu məqsədlə bir neçə məktəb arasında iki həftə müddətində şagird mübadiləsi həyata keçirilmişdir. Layihə Bakı şəhəri 299 saylı məktəb-liseyi, Beyləqan rayonu Namiq Abdullayev adına 1 saylı tam orta məktəbi və Goranboy rayonu Qızılhacılı qəsəbə Mahir Dosiyev adına 2 saylı tam orta məktəbi əhatə edir. Layihə çərçivəsində 8 şagird bölgələrdən Bakı şəhəri 299 saylı məktəb-liseyə, 8 şagird isə Bakıdan bölgə məktəblərinə: Beyləqan rayonu Namiq Abdullayev adına 1 saylı tam orta məktəb və Goranboy rayonu Qızılhacılı qəsəbə Mahir Dosiyev adına 2 saylı tam orta məktəbə mübadilə edilərək iki həftə orada təhsilini davam etdirmişdir. Bu müddətdə layihə iştirakçıları olan şagirdlər və onların müəllimləri arasında aparılan rəy-sorğular eyni şagirdlərə fərqli müəllimlərin, eyni məktəblərə isə fərqli şagirdlərin gözü ilə baxmağa imkan yaratmışdır. İki həftəlik təhsil müddətinin sonunda hər üç məktəbin pedaqoji kollektivlərinin nümayəndələri "Dəyirmi stol” arxasında bir araya gələrək problemləri müzakirə etmişlər. Müzakirələrdən sonra hər üç məktəbin müəllim və şagirdlərinin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə layihədə görülən işləri əks etdirən videoçarx da nümayiş etdirilmişdir.



RƏYLƏR