Qorxmaz Hüseynovun fövqəladə iddiaları: Rövnəq Abdullayevin kürsüsünə göz dikib

OXUNUB: 949 Seçilmiş Önəmli HƏFTƏLİK İCMAL Özəl TƏHLİL

"Azərsu” prezidenti SOCAR prezident ola bilmək üçün hansı yollara baş vurur?

"Azərsu” prezidenti SOCAR-ın rəhbərliyini ələ keçirmək üçün Rusiyaya bağlı şəxslərlə işbirliyi içində çalışır. Bu iddia ilə "Azərsu” ASC-də yüksək vəzifə tutan bir şəxsə yaxınlığı ilə tanınan mənbə çıxış edib.
AzToday.az-a danışan mənbə iddia edir ki, Qorxmaz Hüseynov bir müddətdir ki, azərbaycanlı milyarder, Putinin tələbəlik dostu kimi tanınan İlham Rəhimov, Baş nazirin sabiq müavini və son illər Kremlin Azərbaycana qarşı bütün layihlərində yer alan Abbas Abbasov və Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovla sıx əməkdaşlıq etməkdədir. Mənbə bildirir ki, bu əməkdaşlıq hələlik Azərbaycan prezidentinə xəyanət səviyyəsində olmasa da, Qorxmaz Hüseynovun əsas hədəfi Rusiyadan alacağı dəstəklə 2018-ci il prezident seçkiləri ərəfəsində SOCAR-ın rəhbərliyini ələ keçirməkdir.

Mənbənin sözlərinə görə, Qorxmaz Hüseynovun birbaşa şefi olan SOCAR prezidenti Rövnəq Abdullayevlə son illər münasibətləri həddindən artıq kəskindir. Hələ Eldar Həsənov Rumıniyada səfir olarkən bu ölkənin də SOCAR-a qarşı kampaniya aparmasını hər kəs xatırlayır. Məhz bu kampaniya onun Rumıniyadan çıxarılması ilə nəticələnib. Mənbə bildirir ki, SOCAR prezidenti Rövnəq Abdullayevlə bağlı bir çox ciddi kompromatlar məhz Eldar Həsənovun səyləri nəticəsində mətbuatda işıqlanıb və hazırda səfir SOCAR prezidentinə qarşı bu fəaliyyətini davam etdirməkdədir. Bu kampaniyalarda isə Qorxmaz Hüseynovun iştirak etdiyi qeyd olunur.

Qeyd edək ki, Balkan ölkələrindəki səfirimizin Rövnəq Abdullayevin tabeliyində olan Qorxmaz Hüseynovla yaxın dost münasibətləri bir çoxlarının diqqətini cəlb edir. Lakin buna baxmayaraq Qoxmaz Hüseynov çəkinmədən Eldar Həsənovla dostluğunu və biznes şərikliyini davam etdirməkdədir. Mənbə bildirir ki, yaxın dostluq əlaqələrinə sahib olan bu Qorxmaz Hüseynovla Eldar Həsənovun müxtəlif ölkələrdə şərikli biznesi var. Onlardan biri də Eldar Həsənovun Qorxmaz Hüseynola Türkiyədə şərikli sahib olduqları zavoddur. Həmçinin "Azərsu” ASC-nin şefi ilə keçmiş baş prokururun bir çox ölkələrdə, o cümlədən Rusiya və Azərbaycanda şərikli bizneslərinin olduğu bildirilir.

AzToday.az-ı məlumatlandıran mənbə bildirib ki, son zamanlar Qorxmaz Hüseynovun İlham Rəhimovla da sıx münasibətlər saxlamaqdadır və Rusiyada Abbas Abbasovla təmasda olan adamları da var. Bütün bunlar isə ancaq bir məqsədə, Rusiyanın vasitəçiliyi ilə Rövnəq Abdullayevin kürsüsünü ələ keçirmək məqsədinə qulluq edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…/AzToday.az

 

İcmal.Az

RƏYLƏR