Qorxunc səhv 4 yaşlı oğluna etdirdiyi DNT testi ilə üzə çıxdı

OXUNUB: 900 DÜNYA

Türkiyədə qarışıq salınan uşaqlar 4 il sonra doğma ailəsinə qovuşublar.

Adıyamanlı Məryəm və Səlahəddin D. -nin körpələri ilə Trabzonlu Yusuf və Səlma K.-nın körpələri xəstəxanada qarışıq düşüb. 

Milli.Az habertürk-ə istinadən xəbər verir ki, hadisə İstanbul Qaziosmanpaşa rayonundakı özəl bir xəstəxanada 4 il əvvəl baş verib. Adıyamanlı Məryəm və Səlahəddin D. -nin körpələri ilə trabzonlu Yusuf və Səlma K.-nın körpələri xəstəxanada qarışıq salınıb. Trabzonlu Yusuf K. boşanma ərəfəsində olduğu həyat yoldaşı Selmadan olan "Eymen" adlı uşağına şübhəli qaldığı üçün DNT testi etdirib. Test nəticəsində Eymenin cütlükdən olmadığı məlum olub. Ailə xəstəxanaya müraciət edib. Eyni gündə doğum edən Adıyamanlı ailəsi İstanbula dəvət edilib. Məryəm və Səlahəddin D. cütlüyünün uşağına da DNT testi edilib və uşaqların qarışdığı dəqiqləşib. Xəstəxana rəhbərliyi hər 2 ailədən uşaqların dəyişdirilməsini istəyib.

Adıyamanlı ailə trabzonlu Yusuf və Səlma K. cütlüyünün ayrıldığını səbəb kimi göstərərək uşaqları Cahangiri verməyəcəklərini söyləyiblər. D. cütlükləri, eyni zamanda, trabzonlu ailənin baxdığı uşağı da almaq üçün xəstəxanaya maddi-mənəvi təzminat iddiası açıb.

 

Trabzon Hüquq Məhkəməsində proses baş tutub. Hakim uşaqların qarşılıqlı olaraq ailələrinə qaytarılması haqda qərar verib.

Məhkəmə sonrası ailələr gözyaşlarına hakim ola bilməyiblər.

 

İcmal.Az

RƏYLƏR