Qoşqar Təhməzli: Türkiyədən təhlükəli məhsullar gətirilməyib

OXUNUB: 720 İQTİSADİYYAT

Bu gün Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi birlikdə 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2018” sərgisi və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro-2018” sərgisinin açılışını həyata keçirdi.

İcmal.Az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin Qoşqar Təhməzli bildirib.

O qeyd edib ki, sərgidə iştirak edən şirkətlərin 70 faizinin xarici şirkətlər olması sevindirici haldır:

"İştirakçıların sayı hər il artır. Bunun da səbəbi münbit rəqabət mühitidir. Budəfəki sərginin əhatəsi ötənilkindən 12 faiz artıb”.

Ölkədə qida istehsal edən subyektlərin sayının getdikcə artdığını vurğulayan Q.Təhməzli qeyd edib ki, sərgilər kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsində şirkətlərin fəaliyyətinin inkişafına səbəb olacaq.

Agentlik sədri Türkiyənin Qida, Əkinçilik və Heyvandarlıq Nazirliyi tərəfindən təhlükəli elan edilən məhsulların Azərbaycan bazarına gətirilib-gətirilməməsi yönündə suala cavabında dedi:

"Bu məhsulların satışı yoxdur. Biz müvafiq qurumlarla əlaqə saxladıq, məlum oldu ki, həmin məhsulların Azərbaycana idxalı aparılmayıb. Ticarət şəbəkələrində də monitorinq apardıq, həmin məhsullara rast gəlmədik”.

İcmal.Az

RƏYLƏR