“Qremmi” mükafatına namizədlərin adları açıqlandı

OXUNUB: 530 ŞOU-BİZNES

Amerikalı reper və prodüser Cey-Zi "Qremmi” mükafatına namizəd olanların siyahısında liderdir.

O, 8 nominasiya üzrə namizəddir.

Cey-Zi hazırda 21 "Qremmi” mükafatının sahibidir.

Reper Kendrik Lamar 7, müğənni Bruno Mars 6 nominasiya üzrə namizəd göstərilib.

Namizədlər arasında amerikalı musqiçi Kris Kornell ilə kanadalı müğənni, bəstəkar Leonard Koen də var. Bundan başqa, Luis Fonsinin "Despacito” mahnısı da mükafata namizəd göstərilənlər siyahısındadır.

Mükafatlandırma mərasimi 2018-ci il, 28 yanvarda baş tutacaq.

Qeyd edək ki, "Qremmi” ABŞ Səsyazma Şirkətləri Assosiasiyası tərəfindən 14 mart 1958-ci ildə təsis olunan və Amerika Səsyazma Akademiyası tərəfindən təqdim edilən musiqi mükafatıdır.

2012-ci ilədək mükafat 108 kateqoriya və 30 fərqli musiqi tərzini əhatə etsə də, həmin il edilmiş dəyişiklikdən sonra 78 kateqoriyada verilir. /oxu

İcmal.Az

RƏYLƏR