Quba dünən və bu gün: İNKİŞAFA DOĞRU

OXUNUB: 3007 GÜNDƏM TƏHLİL

Quba rayonu Azərbaycanın ən səfalı, ən strateji regionlarından biridir. Qədim tarixə, füsunkar təbiətə malik olan rayonda müxtəlif sivilizasiyaların nümayəndələri məskən salıblar. Ulu Öndər 2-ci dəfə hakimiyyətə qayıtdıqdan sonra diqqət yetirdiyi rayonlardan biri də Quba olmuşdur. Bu diqqət, bu qayğı Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilməkdədir.

Təəsüflə qeyd etmək lazımdır ki, 2017-ci ilə qədər Qubaya rəhbər göndərilmiş şəxslə etimadı o qədər də doğrultmamış, əksinə, bir çox hallarda sadə insanların narazılığına səbəb ola biləcək addımlar atmışdılar. Lakin son 2 ildə rayonun ictimai-siyasi həyatı, sosial-iqtisadi infrastrukturu inanılmaz dərəcədə inkişaf etmiş, yenilənmiş və modernləşmişdir.

Ölkə rəhbərliyinin Qubaya son səfəri və səfərdən sonra atdığı addımlar rayonda aparılan müsbət dəyişiklərin məntiqi nəticəsi kimi dəyərləndirilməlidir. Xəbər verdiyimiz kimi 11 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Quba rayonuna səfər ediblər.Onlar əvvəlcə Quba rayonunda istifadəyə verilmiş İdrisqışlaq-Qasımqışlaq-Xaspolad-Zərqava-Aspərəsti-Çayqışlaq avtomobil yolunun açılışını ediblər. Dövlətimizin başçısı 11 yaşayış məntəqəsini birləşdirən və uzunluğu 33 kilometr olan yolun rəmzi açılışını bildirən lenti kəsib. Sonda xatirə şəkli çəkdirilib. Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin QubadakıMeyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tingçilik müəssisəsi ilə tanış olublar. Dövlət başçısı və xanımı elmi-tədqiqat institutunun əsaslı təmir olunmuş binasında yaradılan şəraitlə maraqlanıblar. İlham Əliyev və Mehriban Əliyeva səfər çərçivəsində ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar. Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev abidənin ətrafında aparılan abadlıq işləri, ümumilikdə, rayonda icra olunan layihələr barədə dövlətimizin başçısına məlumat verib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba Rayon Mərkəzi Xəstəxanasının açılışında da iştirak ediblər. Dövlətimizin başçısı və xanımı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsiblər. Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev səhiyyə ocağının kollektivi ilə görüşüb. Sonda xatirə şəkli çəkdirilib. İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba şəhərində 100 yerlik "Günəş" körpələr evi-uşaq bağçasının açılışında da iştirak ediblər. Dövlətimizin başçısı və xanımı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsiblər.
Qubada bu gün, həmçinin "ABAD Factory" İstehsalat Kompleksinin açılışı olub. İlham Əliyev və Mehriban Əliyeva kompleksin açılışında da iştirak ediblər. Dövlətimizin başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsiblər, orada yaradılan şəraitlə tanış olublar. Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Qubaekoaqrar" Məhdud Məsuliyyətli Cəmiyyətinin kənd təsərrüfatı mallarının istehsalı zavodunun açılışında da iştirak ediblər. Dövlətimizin başçısı zavodu işə salıb.
Bütün bunların məntiqi nəticəsi olaraq Prezident Quba rayonunun hərtərəfli inkişafı üçün müvafiq tapşırıq və tövsiyyələrini verdi. Bu həm də rayona rəhbərlik edən Ziyəddin Əliyevin peşəkarlığını, uğurlu komanda siyasətini və ölkə rəhbərliyinə olan sədaqətini tam şəkildə nümayiş etdirmiş olur.

7NEWS.az






RƏYLƏR