Quba sakini evində yanaraq öldü

OXUNUB: 115 HADİSƏ

Quba rayonunun Aşağı Atuc kəndində birmərtəbəli binada ümumi sahəsi 12 m2 olan otağın tavanı (taxta və palçıqdan ibarət) yanaraq çöküb.

Fövqəladə Hallar Nazirliyindən İcmal.Az-a verilən xəbərə görə, yanğının kəşfiyyatı zamanı ev sahibi, 1949-cu il təvəllüdlü Əlpaşayev Fazil Məhəmməd oğlunun cəsədi aşkar olunub.

Yanğın söndürülüb. Binanın qalan hissəsi yanğından mühafizə edilib. 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

İcmal.Az

RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}