Qubada 4 otaqlı ev yanıb

OXUNUB: 773 AZƏRBAYCAN HADİSƏ
Qubada yanğın hadisəsi baş verib. İCMAL.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Quba rayonunun Güləzi kəndində ümumi sahəsi 196 m² olan ikimərtəbəli 4 otaq və bir aynabənddən ibarət evin yanar konstruksiyaları 154 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

RƏYLƏR