Qubada 4 yaşlı uşağın meyiti tapıldı - Saxlanılan var

OXUNUB: 841 HADİSƏ
Qubada 4 yaşlı uşağın meyitini tapan şəxs saxlanılıb.

İcmal.Az APA-ya istinadən xəbər verir ki,Qubanın Çılğır kənd sakini, 1990-cı il təvəllüdlü Məlikov Xəyyam Yarəhməd oğlu uşağın meyitini tapıb ailəsinə verdikdən bir neçə saat sonra saxlanılıb. Faktı Çılğır kənd bələdiyyəsinin sədri Cahangir Məmmədov da təsdiqləyib.
 
Quba rayon Prokurorluğu saxlanılan şəxslə bağlı açıqlama verməkdən imtina edib.
 
Qeyd edək ki, Qubanın Bərqov kənd sakini, 2013-cü il təvəllüdlü Mustafayev Fuad Həbib oğlunun meyiti evlərinin yaxınlığında tapılıb.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.

RƏYLƏR