Qubada daha bir ayı balası tapıldı

OXUNUB: 1898 SOSİAL
Bu gün səhər saatlarında Quba rayonunun Qırızdəhnə kəndi ərazisində ayı balası tapılıb.


İcmal.Az APA-ya istinadən, ərazidə xidmət aparan Quba rayon Polis Şöbəsinin əməkdaşları və kənd sakinləri ayı balasını tutub.

Quba rayon Polis Şöbəsinə gətirilən ayı balası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xızı rayonunda yerləşən Vəhşi Təbiətin Bərpası və Müalicə Klinikasına təhvil veriləcək.
 
Qeyd edək ki, eyni ərazidən mayın 3-də də ayı balası tapılmışdı.
 
İcmal.Az

RƏYLƏR