Qubada gənc oğlan faciəvi şəkildə öldü

OXUNUB: 623 SOSİAL

Qubada intihar hadisəsi baş verib. 

İcmal.Az xəbər verir ki, Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, İkinci Nügədi kənd sakini, 1990-cı il təvəllüdlü Hüseynov Rövşən Əlimirzə oğlu özünü yaşadığı evin arxasındakı ağacdan kəndirlə asaraq, intihar edib.

Bildirilir ki, R.Hüseynov ruhi-əsəb xəstəsi kimi qeydiyyatda olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR