Qubada qanlı HADİSƏ: 2 uşaq atasını baltaladılar

OXUNUB: 1223 HADİSƏ
Quba rayonunda qətl hadisəsi baş verib. 
 
 İcmal.Az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Cimi kəndində qeydə alınıb. Kənd sakini, 1980-ci il təvəllüdlü Alxasov Maarif Qazəhməd oğlu həmkəndlisi 1983-cü il təvəllüdlü Əhmədov Vətən Vəkil oğluna balta ilə xəsarət yetirib. Xəsarət alan şəxs dünyasını dəyişib. Hadisənin tərəflər arasında yaranan münaqişə zəminində baş verdiyi bildirilir.
 
Ölən V.Əhmədov ailəli olub, iki övladı var.

Faktla bağlı Quba rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.
 
 
İcmal.Az

RƏYLƏR