Qucağında 3 yaşlı Nisə, arxada 5 aylıq hamilə arvadı: canlı yayımda saniyələr sonra... DƏHŞƏT- VİDEO

OXUNUB: 670 DÜNYA

Samsunun Bafra rayonunda 3 yaşlı Nisə Yükselin ölümüylə nəticələnən yol qəzasından öncə öndə oturacaqda əyləşən atası Halis Yükselin yol boyunca sosial şəbəkə hesabından canlı yayım etdiyi ortaya çıxıb.

Qəzadan dəqiqələr öncə kəsilən yayımda azyaşlı Nisənin atasının qucağındakı görüntüləri izləyənləri duyğulandırıb.

Qeyd edək ki, qəzada 32 yaşlı Halis Yüksel, 33 yaşlı həyat yoldaşı Fatma Yüksel, 3 yaşlı qızı Nisə Yüksel, sürücü Muhsin Yüksel, 30 yaşlı Fatma Varlı, 2 yaşlı oğlu Efe Varlı yaralanıb. Yaralılar təcili yardım maşınları ilə Bafra Dövlət Xəstəxanasına çatdırılıb. Ancaq vəziyyəti ağır olan Nisə Yükselin həyatını həkimlərin müdaxiləsinə baxmayaraq, xilas etmək mümkün olmayıb. 5 aylıq hamilə olan anası Fatma Yüksel də bətnindəki körpəsini itirib. Fatma Yükselin həyati təhlükəsinin qaldığı deyilir.

Qəza öncəsi ata Halis Yükselin sözügedən videoyayımını təqdim edirik:/milli

 

İcmal.Az

RƏYLƏR