Qurban Qurbanov “Qarabağ”ın futbolçularından birini cəzalandırdı

OXUNUB: 899 İDMAN

Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov sərt qərar qəbul edib.

İcmal.Az futbol11.az-a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis futbolçulardan birini - uzun müddətdir klubun uğurları üçün çalışan Bosniya və Herseqovina millisinin üzvü İbrahim Sehiçi cəzalandırıb. Belə ki, qolkiper qeyri-müəyyən müddətə əvəzedici komandaya göndərilib.

Qeyd edək ki, 29 yaşlı qapıçı Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Çelsi” ilə matçda kobud səhvlərlə yadda qalıb.

İcmal.Az

RƏYLƏR