Qurban Qurbanovdan istefa qərarı

OXUNUB: 31 İDMAN

Azərbaycan milli komandasının yeni baş məşqçisi Qurban QurbanovAFFA İcraiyyə Komitəsindən ayrılmaqla bağlı qərar verib.

İcmal.Az xəbər verir ki, bu haqda qol.az saytına açıqlamasında Q.Qurbanovun özü bildirib.

Qeyd edək ki, dünən Q.Qurbanov milliyə baş məşqçi təyin olunduqdan sonra onun AFFA İcraiyyə Komitəsindəki vəzifəsində qalıb-qalmayacağı maraq doğururdu.

Qurban Qurbanovun sözlərinə görə, o, iki işdə-milli komanda və "Qarabağ”dakı fəaliyyətinin çoxluğu ilə əlaqədar İcraiyyə Komitəsinin üzvlüyündən ayrılmaqla bağlı AFFA-ya müraciət edib.

İcmal.Az

RƏYLƏR