Qusarda 30 yaşlı kişi toyda qətlə yetirilib

OXUNUB: 474 HADİSƏ

Qusar rayonunda qətl hadisəsi baş verib.

 

Hadisə rayonun Gədəzeyxur kəndində qeydə alınıb.  Kənddə keçirilən toy mərasimində kənd sakini, 1979-cu il təvəllüdlü Mirzəbəyov Səlim Balabəy oğlu şəxsi münaqişə zəminində tanışı, Bakının Xəzər rayonunun Qala qəsəbəsində yaşayan 1988-ci Qədirov İlham İslam oğlunu bıçaqlayıb.  İ. Qədirov xəstəxanaya aparılsa da, aldığı xəsarətdən dünyasını dəyişib.

 

 

 

Faktla bağlı Qusar rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.  /apa

 

İcmal.az

RƏYLƏR