Qusarda dəhşət: ƏR ARVADINI AĞAC PARÇASI İLƏ DÖYƏRƏK ÖLDÜRDÜ

OXUNUB: 467 Özəl HADİSƏ
Qusar rayon prokurorluğundan 7NEWS.az-a verilən məlumata görə sentaybrın 6-da Qusar rayon sakini 1995-ci il təvəllüdlü Ellada Abbasovanın yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin əri 1985-ci il təvəllüdlü Zedik Əlifxanov sentyabrın 4-də axşam saatlarında yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əllə, ayaqla və ağac parçası ilə Ellada Abbasovaya xəsarətlər yetirmiş, sonuncu almış olduğu xəsarətlərin təsirindən qeyd edilən tarixdə ölmüşdür.
Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Zedik Əlifxanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
İş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

RƏYLƏR