Qusarda polis bıçaqlanıb

OXUNUB: 1014 HADİSƏ

Qusar rayonunda polis serjantı bıçaqlanıb.

İcmal.Az APA-ya xəbər verir ki, Qusar rayon Polis Şöbəsinin Həzrə polis bölməsinin serjantı, 1981-ci il təvəllüdlü Qayıtmazov Həmidulla Müzafəddin oğlu yaşadığı Cibir kəndində həmkəndlisi, 1974-cü il təvəllüdlü Məcidov Zakir Mirzəbəy oğlunu bıçaqlayıb.

Polis əməkdaşı qarın boşluğunun kəsilmiş-cırılmış yarası, bağırsaqların eventrasiyası diaqnozu ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

İcmal.Az

RƏYLƏR