Quşçuluq kompleksinin sahibi cərimələndi

OXUNUB: 554 SOSİAL

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Suraxanı rayonu, Hövsan kəndinin ərazisində fəaliyyət göstərən Quşçuluq kompleksindən ətrafa kəskin qaz qoxusunun yayılması ilə bağlı şikayət daxil olub.

İcmal.Az-ın məlumatına görə, nazirlik tərəfindən sözügedən ünvanda monitorinq və araşdırma aparılıb.

Ərazinin atmosfer havasından götürülən nümunənin nəticələrinə görə nümunələrdə etil-benzolun sanitar normadan 5,4 dəfə çox olduğu müəyyən edilib.

Faktla bağlı Quşçuluq kompleksinin direktoru Emin Sadıqov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub.

İcmal.Az

RƏYLƏR