Quşu xilas edən çobanın əlləri kəsiləcək - FOTO

OXUNUB: 806 DÜNYA

Türkiyənin Ağrı vilayətinin Diyadin qəsəbəsində yerləşən Günbuldu kəndində 17 yaşlı çoban Ramazan Taşdemir elektrik naqilinə qanadı ilişən quşu xilas etmək üçün dirəyə çıxıb. Quşu xilas edən çoban bu məqamda naqilə toxunub. Təxminən 1.5 saat dirəkdə asılı qalan Taşdemir, xilasedicilər tərəfindən dirəkdən endirilərək xəstəxanaya çatdırılıb. Taşdemirin üçüncü dərəcəli yanıq xəsarəti alan iki əlinin biləkdən kəsiləcəyi açıqlanıb.

Qeyd edək ki, olay, 9 oktyabr, saat 10:00 radələrində baş verib. 

Oğlu şikəst qalacağı üçün çox üzülən və çarəsiz olduğunu söyləyən 5 uşaq atası, 53 yaşlı Mehmet Taşdemir: "Oğlum bu günə qədər bir qarışqanı belə incitməyib. Heyvanları çox sevir. Hadisə günü də quşu xilas etmək üçün elektrik dirəyinə çıxıb. Həkimlər oğlumun şikəst qalmamağı üçün çox səy göstərdi, amma olmadı. İnd hər iki əlinin biləkdən kəsilməli olduğunu deyirlər. Çox çarəsizik" deyib./milli

 

İcmal.Az

RƏYLƏR