Quzanlıda təlim keçirildi - FOTO

OXUNUB: 1111 QHT
Yoluxucu xəstəliklərlə mübarizə ilə bağlı təlimlərə start verilib.
 
"Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icrasına başladığı  "Məcburi Köçkünlər arasında yoluxucu xəstəliklərin profilaktikası” layihəsi çərçivəsində ilk təlimini 11may  2017-ci il tarixdə Ağdam rayonu, Quzanlı qəsəbəsində məcburi köçkünlər arasında keçirib. Tədbirin məqsədi Məcburi Köçkünlər arasında yoluxucu xəstəliklərin qarşısının alınması üçün maarifləndirmə tədbirlərinin aparılmasıdır. Təlimdə 26 nəfər  məcburi köçkün iştirak edib.

Ərazi icra mümayəndəsi Hünər Əhmədovun da qatıldığı tədbirdə layihənin icraçılarından olan Fikrət Xəlilov donor təşkilat haqqında, eləcə də layihə barədə ətraflı məlumat verib, hədəflər barədə danışıb. 
 
Layihənin ekspert həkimi Solmaz Mirzəyevaya isə cəmiyyətimizin bəlasına çevrilmiş olan ağır yoluxucu xəstəliklər haqqında söz açıb, bu xəstəliklərin əlamətləri, onlara yoluxma yolları və müalicə üsulları barədə məlumat verib. 
 
Sonra tədbir sual-cavab formatında davam edib, tədbir iştairakçılarını maraqlandıran məsələlər müzakirə edilib. 

İcmal.Az



RƏYLƏR