Radanın deputatı Saakaşviliyə hücum etdi - VİDEO

OXUNUB: 569 DÜNYA

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili və Ali Radanın deputatıİqor Mosiyçuk arasında televiziya proqramı zamanı münaqişə yaranıb.

Hadisə proqram iştirakçıları Stepan Banderin Ukraynadakı rolunu müzakirə edən zaman baş verib.

Əvvəlcə Mosiyçuk Saakaşvilidən Banderi dəstəkləyib-dəstəkləmədiyini soruşub. Odessanın sabiq qubernatoru isə cavabında "Mən Ukraynanı dəstəkləyirəm” deyib.

Sonra isə Saakaşvili əlavə edib edib ki, Stepan Bander sağ olsaydı, rüşvət alanları məhv edərdi. Onun bu sözləri opponentini özündən çıxardıb və o, "Yeni qüvvələr hərəkatı” partiyasının liderinin üzərinə əsa ilə gedib. Lakin aparıcı Mosiyçukun qabağını kəsərək hücumun qarşısını alıb./oxu

İcmal.Az

RƏYLƏR