Rafael Dadaşovun səhhəti ağırlaşdı, reanimasiyaya yerləşdirildi — TƏCİLİ XƏBƏR

OXUNUB: 1032 MƏDƏNİYYƏT
Tanınmış aktyor, xalq artisti Rafael Dadaşovun vəziyyəti ağırlaşıb.

 Bu barədə "Ölk.Az"a sənətkarın əmisi qızı, müğənni Lalə Dadaşova məlumat verib:

"Şəkəri var, ürəyi, böyrəyində də problem yaranıb. Hər şey bir-birinə qarışıb. Axşam vəziyyəti ağırlaşdı, xəstəxanaya yerləşdirildi. İndicə yanından gəlirəm. Onun üçün dualar elədim. Allah Rafaeli xalqımıza çox görməsin. Hazırda reanimasiyadadır".

Qeyd edək ki,  Rafal Dadaşov 1946-cı ildə Bakıda anadan olub.
 
İcmal.Az


RƏYLƏR