Rafail Quliyev Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri təyin edilib

OXUNUB: 1003 İQTİSADİYYAT
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub. Rafail Quliyev Kənd Təsərrüfatı Naziriyinin Aparat rəhbəri təyin edilib.
O buna qədər KTN-nin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri vəzifəsində çalışıb. 
Qeyd edək ki, Rafail Quliyev 1967-ci ildə Biləsuvar rayonunda anadan olub. 1988-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun "Aqronomluq” fakültəsini bitirib. Uzun illər kənd təsərrüfatı sahəsində çalışıb. 
2016-2018-ci illərdə Biləsuvar Kənd Təsərrüfatı İdarəsinin (Dövlət Aqrar İnkişaf Mərkəzi) rəisi olub. 2018-ci ilin sentyabrın 3-də Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. 
Ailəlidir, 4 övladı var. 
Kənd Təsərüffatı Nazirliyindən məlumatı təsdiqləyiblər.

RƏYLƏR